Nəşi tapılan şəhidlə bağlı rəsmi açıqlama


Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən və yaxın günlərdə nəşi tapılan kapitan Əbülfəz Rəhmətovla bağlı açıqlama verib.

Qurumdan Yeniavaz.com-a daxil olan məlıumatda qeyd edilir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top