“Qələbə şəhidləri” adlı silsilə kitabın nəşrinə başlanıldı – FOTO


Bir qrup ziyalı ölməzliyə qovuşan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “Qələbə şəhidləri” adlı silsilə kitabların  nəşrinə başlayıb. “Radius” mətbəəsində işıq üzü görən kitabın 1 və 2-ci cildləri artıq geniş oxucu kütləsinə təqdim edilib.
Yeniavaz.com xəbər verir ki, kitabın müəllifləri Mingəçevirdə olublar. Onlar Şəhidlər Xiyabanına gələrək, 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvlərinə baş çəkiblər. torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullar böyütdüklərinə görə təşəkkür ediblər və şəhid valideyinlərinə kitab hədiyyə ediblər. Tərtibçi İbrahim Hüseynov deyib ki, bu kitabı ilk növbədə gələcəyimiz olan balalar üçün hazırlamışıq: “Qəhrəmanlarla tanışlıq uşaqlara kimdən nümunə götürməli olduqlarını aşılayacaq”.
Şəhidlərin valideyinləri və xanımları təqdirə layiq işə görə qonaqlara - Rəhim Hüseynzadə və İbrahim Hüseynova minnətdarlıq ediblər.
Kitabın redaktorları respublikanın Əməkdar jurnalisti, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynazadə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Leyla Nəsirlidir. Toplayıb tərtib edəni “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovdur. Gələcəkdə növbəti cildlərin nəşri nəzərdə tutulub. Məqsəd Qələbə şəhidlərimizin hamısı barədə uğur hekayələrini toplayıb, onları ictimaiyyətə yetərincə tanıtmaqdır.
Qeyd edək ki,44 günlük vətən müharibəsində Mingəçevir 51 şəhid verdi.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top