Kolumbiyada etirazlar təhlükəli həddə çatdı - VİDEO


Kolumbiyada vergi islahatlarına qarşı həyata keçirilən nümayişlər artaraq davam edir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xıbər verir ki, nümayişlərin 9-cu günü ölənlərin sayı 26-ya yüksəlib. Nümayişlər zamanı itkin düşən 145 nəfərdən yalnız 55-i tapılıb. 90 nəfərin axtarışı davam etdirilir.
Kolumbiya əmək naziri Anxel Kastodio Kabrera hökumətin Milli Tətil Komitəsinin nümayəndələri ilə masaya oturmağa hazır olduğunu bildirərək, nümayişçiləri zorakılığı dayandırmağa səsləyib.
Qeyd edək ki, Kolumbiyada etirazlar vergi islahatları əleyhinə 28 apreldən etibarən başlayıb. Aksiyalarda onlarla bank, müəssisə və ictimai yerlər talan edilib. 900-dən çox insan yaralanıb. 500-dən çox insan saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top