Daha bir tikinti şirkəti SOCAR-ı məhkəməyə verdi


Ölkənin aparıcı mühəndislik və tikinti şirkətlərindən olan “Gemza Group” MMC Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının dünən - 06.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakimləri Kənan Hüseynovun sədrliyi ilə keçirildiyi bildirilir.
Məhkəmə iddiasının alqı-satqı müqaviləsi üzrə mübahisələrə görə qaldırıldığı bildirilir.
Qeyd edək ki, hüquqi ünvanı Nərimanov rayonu, Ələsgər Qaibov, ev 10P-də yerləşən “Gemza Group” MMC 2012-ci ildən etibarən mühəndislik, satınalma və tikinti şirkəti olaraq fəaliyyət göstərir. MMC-nin qanuni təmsilçisi Əliyev Zamin Nəcəf oğludur.
Onu da bildirək ki, təxminən 10 gün əvvəl ölkənin daha bir tanınmış tikinti şirkəti - “Qartal Tikinti Firması” da SOCAR-ın “Neftqaztikinti” Tresti və “Azneft” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top