ABŞ Ukraynanın NATO-ya qəbulunu dəstəklədi


“ABŞ Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləyir”.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pierre deyib. O bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası bu prosesə müsbət yanaşır. Ukrayna hökuməti də bu məlumatı dəstəkləyib. Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak Kiyevin Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün ABŞ ilə əməkdaşlıq üçün müxtəlif variantları nəzərdən keçirdiyini də vurğulayıb. 
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Donbas və Krımda müharibənin bitməsi üçün Ukraynanın NATO-ya daxil olmasının vacibliyini vurğulamışdı. 

DİGƏR XƏBƏRLƏR

Top