Qazi Hacı Vəliyevin əlillik problemi həll edildi


Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə H. Vəliyev feysbukda paylaşım edib. 

O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb: “2-ci qrup əliliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”. 

Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top