
Rusiyada koronavirusa qarşı tək komponentli "Sputnik Light" peyvəndi qeydiyyata alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ria Novosti” Rusiya Birbaşa İnvestisiya Fonduna istinadən xəbər yayıb.
Qeyd edək ki, "Sputnik Light" peyvəndi “Sputnik V”nin təkmilləşdirilmiş versiyasıdır. Digər peyvəndlərdən fərqli olaraq tək doza olaraq tətbiq edilir.