“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli bu il yanvarında 14-də Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri çərçivəsində qoyulub”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.O bildirib ki, bu avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur:
“Ümumi uzunluğu 86 km təşkil edir. Yolun ilk 48 kilometrlik hissəsi 6 hərəkət zolaqlı, 48-86 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Bu yolun uzunluğu “Zəfər” yoluna nisbətən daha qısadır. Yolun “Zəfər” yoluna nisbətən qısa olması ona görədir ki, bu yol üzərində körpülərin, viyadüklərin və tunellərin inşası nəzərdə tutulur. Yol 4 hissə üzrə inşa edilir. İlk 14 km-lik hissədə torpaq yatağının inşası aparılaraq yekunlaşdırılıb, digər hissələrdə bu istiqamətdə işlər həyata keçirilir. Əhmədbəyli- Füzuli-Şuşa yolunun çəkilməsinin 2024-cü il ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulur”.