ABŞ-ın dövlət katibi Ukraynaya səfər edib


Kiyevdə Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.
Yeniavaz.com
“Ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, Blinken Ukraynaya 2 günlük səfər edib. Səfərin rəsmi hissəsi artıq başlayıb.
Blinken ilə görüşən Zelenski ABŞ-ın nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu bildirib:
“Bu görüş şəxsən mənim və ukraynalılar üçün çox vacibdir. 2014-cü ildən bəri müstəqilliyimizi və suverenliyimizi dəstəklədiyi üçün ABŞ-a minnətdarlığımızı bildiririk”.
 

DİGƏR XƏBƏRLƏR

Top