İlham Əliyevin BBC müxbirinə verdiyi reaksiya Tvitterdə gündəmə çevrildi – VİDEO


Prezident İlham Əliyevin ötən il noyabr ayının 6-da BBC-ə verdiyi müsahibənin avstraliyalı internet jurnalisti və Vikiliksin təsisçisi Culian Pol Assanjla bağlı hissəsi “Twitter”də gündəmə çevrilib. Sözügedən müsahibə zamanı BBC müxbiri Prezident İlham Əliyevə işğaldan azad olunmuş ərazilərin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatı ilə bağlı sual ünvanlamış və hazırda Azərbaycanda insanların bir çox belə hüquqlardan məhrum olduğunu iddia etmişdi. Prezident İlham Əliyev isə hazırda həbsdə olan, böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmış Culian Pol Assanjı missal çəkərək, Birləşmiş Krallığın mətbuat azadlığını boğduğunu bildirmişdi.
Yeniavaz.com
xəbər verir ki, məşhur amerikalı siyasi şərhçi Maykl Sörnoviç müsahibənin sözügedən hissəsinin görüntülərini, özünün rəsmi “Twitter” səhifəsində paylaşaraq “Buna baxmalısınız” – deyə, yazıb. Onun “Twitter”də 698 min izləyicisi var.
Sözügedən sosial şəbəkədə 65 min izləyicisi olan irlandiyalı siyasətçi və Avropa Parlamentinin üzvü Mik Ualles də, bəhs olunan kadrları paylaşaraq Prezident İlham Əliyevin sözlərindən sitat gətirib.
“Russia Today” nəşrinin tanınmış jurnalisti Brayan Makdonald da müsahibənin həmin hissəsinin görüntülərini özünün 24,4 min izləyicisi olan hesabında paylaşıb.
Sözügedən müsahibəni təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top