Erməni KİV: Ermənistanı 76 min 677 nəfər tərk edib


Bu ilin ilk 4 ayı ərzində Ermənistanda mənfi miqrasiya saldosu 76 min 677 nəfər təşkil edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumat İrəvanın "Zvartnots" hava limanının mətbuat xidmətindən verilib.
Bildirilib ki, 2021-ci ilin ilk 4 ayında Ermənistanı hava yolu ilə tərk edənlərin sayı gələnlərin sayından 76 min 677 nəfər çox olub. Bu ilin 4 ayı ərzində "Zvartnots" hava limanı vasitəsilə ölkədən çıxanların sayı 240 min 891 nəfər, ölkəyə gələnlərin sayı isə 164 min 214 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top