Pakistan əsgələri pusquya düşdü – ölən və yaralananlar var


Pakistan əsgərləri Əfqanıstan-Pakistan sərhədində əfqan silahlıları tərəfindən pusquya salınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu açıqlama verib. Açıqlamda 4 Pakistan əsgərinin həyatını itirdiyi, 6-nın isə yaralandığı qeyd edilib. Hadisə Pakistanın Əfqanıstanla sərhədində yerləşən Bəlucistan vilayətində baş verib.
Məsələyə hər iki tərəf də münasibət bildirib. Pakistan Xarici İşlər Nazirliyi əfqan silahlılarına qarşı hərəkətə keçməyin tərəfdarı olduğunu, əfqan rəsmiləri isə hadisədən xəbərdar olmadığını bildirib.
Qeyd edək ki, hücumu Əfqanıstan tərəfindən “Tehrik-e-Taliban” qruplaşması öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top