Lavrov: "Qarabağda kiçik insidentlər sülhməramlılar tərəfindən həll edilib"


Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağda vəziyyətin normallaşdığını deyib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lavrov Qarabağda müsbət tendensiyanın müşahidə olunduğunu bildirib: “Ümumi vəziyyət xeyli normallaşıb. Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyi təmin edir. Kiçik insidentlər sülhməramlı hərbçilərimiz tərəfindən tez və səmərəli şəkildə həll edilib. Onlar təmas xətti boyunca və Laçın dəhlizində yerləşdiriliblər". 
Qeyd edək ki, Lavrovun İrəvandan sonra 10-11 mayda Azərbaycana səfəri gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top