Yaponiya COVID-19-a qarşı Hindistana 50 milyon dollar maddi yardım ayıracaq


Yaponiya Hindistanın səhiyyə sisteminin gücləndirilməsi məqsədilə bu ölkəyə 50 milyon dollar maddi yardım ayıracağını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, yardımı ayırmaqda məqsəd COVID-19-a qarşı mübarizənin gücləndirilməsidir. Bu barədə iki ölkənin Xarici İşlər Nazirliyi səviyyəsində razılığa gəlinib. Yaponiyanın bu ölkəyə süni tənəffüs aparatları, oksigen balonları və bir sıra başqa tibbi avadanlıqlar göndərəcəyi də bildirilib.
Qeyd edək ki, son 1 gün ərzində Hindistanda koronavirusdan 3 min 982 nəfər ölüb, 412 min 618 nəfər isə həmin xəstəliyə yoluxub. Ümumilikdə isə Hindistanda 21 milyon 77 min 410 nəfər koronavirusa yoluxub, 230 min 168 nəfər ölüb, 17 milyon 280 min 844 nəfər isə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top