Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb, üzr istəyib – RƏSMİ


"Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb".

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verərək bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib:
"O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. O polis əməkdaşı deyil, ümumiyyətlə əvvəllər də polis orqanlarında xidmət etməyib.
E.Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşiman olduğunu bildirməklə, üzrxahlıq edib".

DİGƏR XƏBƏRLƏR

Top