“Bitcoin” Azərbaycandan 6,5 dəfə çox elektrik enerjisi istifadə edir – ARAŞDIRMA


“Bitcoin” bir çox ölkədən daha çox elektrik enerjisi istehlak edir.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, bu barədə məlumat ABŞ-ın Kembric Universitetinin apardığı araşdırmada qeyd olunub.
Məlumatda bildirilir ki, “Bitcoin” əməliyyatlarının həyata keçirilməsi zamanı il ərzində 143 teravatt-saat (tVt) elektrik enerjisindən istifadə edilir. Bu həcmdə elektrik enerjisi dünya elektrik istehlakının 0,65%-nə bərabərdir. Bildirilir ki, əgər “Bitcoin” dövlət olsaydı dünyada ən çox elektrik enerjisi istehlak edən ölkələrin sıralamasında 27-ci yerdə olardı.
Müqayisə üçün bildirək ki, Azərbaycanda illik elektrik enerjisi istehlakı təxminən 22 teravatt-saat təşkil edir. Rəqəmlərdən də göründüyü kimi “Bitcoin” əməliyyatları zamanı sərf olunan elektrik enerjisi Azərbaycanın illik elektrik enerjisi istehlakından 6,5 dəfə çoxdur.
“Bitcoin” dünyanın ən böyük İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) şirkətlərindən daha çox enerji istehlak edir.
Aşağıdakı cədvəldə bəzi ölkələrin və İKT şirkətlərinin illik elektrik istehlakı qeyd olunub:
Çin 6 453 tVt
ABŞ 3 990 tVt
Almaniya 524 tVt
“Bitcoin” 143 tVt
Norveç 124 tVt
Banqladeş 71 tVt
İsveçrə 56 tVt
Azərbaycan 22 tVt
“Google” 12 tVt
“Facebook” 5 tVt

Məlumat üçün bildirək ki, “Bitcoin” blokçeyn texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya “Bitkoin” ilə birlikdə ortya çıxıb. Blokçeyn texnologiyası digər rəqəmsal reyesterlərdən fərqi odur ki, burda məlumatlar vahid bazada toplanmır. Blokçeyn texnologiyasına dayanan məlumat bazası eyni anda milyonlarla kompyuterə bağlıdır. Hər hansı yeni bir məlumat daxil edildiyi zaman həmin məlumatın mövcud olduğu digər daşıyıcılarda da müvafiq qeydlər edilir. Məsələn, siz yeni bir “Bitkoin” aldığınız və ya satdığınız zaman, bu məlumat dünyada mövcud olan digər “Bitkoin”lardakı məlumatlarla uyğunluq təşkil etməlidir. Yeni “Bitkoin” köhnə “Bitkoin”lərin mübadiləsi (alqı-satqısı) zamanı yaranır və mürəkkəb alqoritm zəncirinin bir halqasına çevrilir. Sadə dildə belə izah etmək olar: Siz hər hansı bir internet resursa (sayt, sosial şəbəkə və s.) foto ya da video əlavə edirsiniz və bu zaman internetdə olan digər foto və videolarla hansısa  formada təmasda olmursunuz. Amma, “Bitkoin” aldığınız, ya da satdığınız zaman internetdə mövcud olan milyonlarla “Bitkoin”lərdə müvafiq dəyişikliklər edilir.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top