Ağadadaş Ağayevin ölüm xəbərinə Hacı Nurandan REAKSİYA


Aparıcı Hacı Nuran sosial şəbəkə hesabında Əməkdar artist Ağadadaş Ağayevlə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, o, İnstagram hesabında sənətçi ilə fotosunu paylaşaraq, səhhətinin yaxşı olduğunu və mətbuatda A.Ağayevin ölümü ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib:

"İnsanın hissləri ilə oynamaq olmaz... Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır.

Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm”.

DİGƏR XƏBƏRLƏR

Top