Ermənilər Njdenin Xocavənddəki heykəlini sökməyə hazırlaşır


Qarabağdakı erməni separatçıların “Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan Xocavənddəki Qaregin Njde heykəlinin sökülməsini təklif edib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, bir müddətdir müzakirələrə səbəb olan Njdenin Xocavənddə qoyulan heykəlini ermənilər sökməyə hazırlaşır. Ancaq bir çox erməni heykəlin yanına gələrək onu götürməyə çalışan “rəsmiləri” güllələməklə hədələyib. Ermənistan mətbuatı isə bildirir ki, Qarabağdakı Rusiya sülhməramlıları heykəlin götürülməsi ilə bağlı təzyiqlər göstərir. Separatçılar arasında ciddi problemlərə səbəb olan heykəllə bağlı yaxın günlərdə qərar veriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top