SOCAR-a bağlı şirkət nizamnamə kapitalını 33 dəfə azaldır


Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1501278521) nizamnamə kapitalının 1 milyon 135 min 292 manat məbləğdən 34 min 58 manat 76 qəpik məbləğə azaldığını elan edir.
Yeniavaz.com xəvər verir ki, bu barədə elan “Vergilər” qəzetində yer alıb.
Elanda bildirilir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, SOCAR Construction” MMC 2008-ci ildən fəaliyyət göstərir. MMC-nin direktoru Ağayev Zaur Arzu oğludur.

DİGƏR XƏBƏRLƏR

Top