İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Cybernet” MMC olub. Dövlət Vergi Xidməti “Monitorinq, konsultasiya və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması” məqsədilə qalib şirkət 8 milyon 973 min 974 manat 28 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 min manat olan “Cybernet” MMC 2004-cü ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Nəsimi rayonu, Xətai pr, ev 16-da yerləşən MMC-nin qanuni təmsilçisi Namazov İlham Bayram oğludur.