Bakıda istismara yararsız 108 bina var - RƏSMİ

Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.

Bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Rəşid Ağayev deyib. Onun sözlərinə görə, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur: "Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinətinə də artıq müraciət etmişik”.

Xatırladaq ki, bir neçə gün öncə Badamdar qəsəbəsində binanın üzlük daşının 14 yaşlı yeniyetmənin başına düşməsi nəticəsində bədbəxt hadisə baş verib. Həmin yeniyetmə bu gün dünyasını dəyişib. / Trend

DİGƏR XƏBƏRLƏR

Top