İndoneziyada COVID-19 test çubuqlarından təkrar istifadə edildiyi aşkarlandı


İndoneziyanın Kualanama hava limanında COVID-19 testi üçün istifadə olunan çubuqların yuyularaq yenidən istifadə verildiyi aşkarlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya polisi məlumat verib. Polis hadisə ilə bağlı “Kimia Farma” adlı tibb şirkətinin rəhbərinin və 4 işçisinin saxlanıldığını bildirib. Şirkətə qarşı 9 min sərnişinin adından geniş miqyaslı cinayət işi açılacağı təxmin edilir. Şübhəlilərin həm sağlamlıq, həm də istehsalçı qaydalarını pozduğu bildirilir.  
Qeyd edək ki, İndoneziyada hava yolundan istifadə edən sərnişinlərin yaxma testindən keçməsi tələb olunur. Sözügedən hadisəyə polis hava limanında testdən keçənlərin şikayəti və 23 nəfərin şahidliyindən sonra müdaxilə edə bilib.

 

DİGƏR XƏBƏRLƏR

Top