Netanyahunun koalisiya ortağının gizli səs yazısı İsraili qarışdırdı


Netanyahunun koalisiya ortağının qalmaqallı səs yazısı üzə çıxdı.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən səs qeydinin Netanyahunun koalisiya hökumətini qurmaq üçün görüşdüyü “Yamina-Sağa” partiyasının lideri Ayelet Şakedə məxsus olduğu bildirilib. Səs qeydində Netanyahu sərt şəkildə tənqid edilib:
“İqtidarda qalmaq istəyir. Onun (Netanyahu) və həyat yoldaşının (Sara) hakimiyyət arzusu var. Diktatordular. Kənara çəkilmək kimi niyyətləri yoxdur. Biz elə deyilik. Netanyahunun artıq getməsi lazımdır. Getmək məcburiyyətindədir”.
Qeyd edək ki, İsraildə 2 il ərzində 4-cü dəfə növbədənkənar seçkilər keçirilib. Heç bir partiya hökumət qurmaq üçün lazım olan 61 millət vəkilinin sayını tamamlaya bilmədiyi üçün koalisiya hökumətini qurmaq vəzifəsi baş nazir Netanyahuya tapşırılıb və artıq onun səlahiyyət müddəti bitib.
Xatırladaq ki, 71 yaşlı Netanyahu 2009-cu ildən İsrailin baş naziri vəzifəsini icra edir.​​​

DİGƏR XƏBƏRLƏR

Top