"Bayram Məmmədovun ailəsi və mən Bayram Məmmədovun nəşinin ölkəyə gətirilməsində çox çətinliklə üzləşmişik. Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğu və Prezident Adminstrasiyası zənglərə cavab vermir. Xahiş edirəm ki, təcili əlaqə yarada bilməyimiz üçün bizə kömək edəsiniz".
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış vəkil Elçin Sadiqov özünün “facebook” səhifəsində yazıb.
Qeyd edək ki, gənc fəal Bayram Məmmədov Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib. Onun nəşi dənizdən çıxarılıb.