
Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarını və hərbi qulluqçularını hərbi və xüsusi rütbələrdən məhrum edib.
Yeniavaz.com BelTA-ya istinadən xəbər verir ki, tədbir 80-dən çox keçmiş təhlükəsizlik işçisinə şamil edilib. Fərmanda qeyd olunur ki, bu şəxslər jurnalistlərin, hüquq-mühafizə orqanlarının və dövlət qulluqçularının şəxsi məlumatlarını yayımlamaqda şübhəli bilinirlər.
Fərmanda bildirilir: “Bəzi hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəmiyyətdə etiraz əhval-ruhiyyələrini oyadıblar. İcazəsiz tədbirləri təşkil ediblər və iştirak ediblər, ekstremist materialları internetə yerləşdiriblər və radikal fəaliyyətə çağırıblar. Bu cür hərəkətlər hərbi qulluqçu və təhlükəsizlik şöbəsinin işçisi statusu ilə uyğun gəlmir".
Tətbiqimizi yükləyə bilərsiniz