Yaralı komandirini 10 km çiynində daşıyan şəhid Tağı Abdullazadənin doğum günüdür


Bu gün Vətən müharibəsi şəhidi Tağı Abdullazadənin doğum günüdür.


Yeniavaz.com xəbər verir ki, 5 may 1992-ci ildə Sədərək şəhərində anadan olan Tağı 1999-2010-cu illərdə Sədərək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2011-ci illərdə, həqiqi hərbi xidmətdə olub və 2019-cu ildən MAXE kimi xidmətinə davam edib.

Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində iştirak edib. Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İştirak etdiyi döyüşlərdə 30-dan çox düşməni məhv etməyə nail olub. O, noyabrın 2-də Hadrut döyüşləri zamanı düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Müharibə zamanı yaralı, gözlərini itirmiş olan komandirini 10 km-dən çox yolu çiynində aparıb. Bu barədə komandiri şəhidin 40 mərasimində qəbri üstündə danışıb. Tağı Abdullazadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Ailəli idi. Bir övladı yadigar qaldı.

DİGƏR XƏBƏRLƏR

Top