Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 899 manat 70 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə - yanvar ayı ilə müqayisədə 1 manat 30 qəpik azalıb. Belə ki, bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 901 manat olub.
Məlumat üçün bildirək ki, ötən ilin mart ayından sonra Bakıda orta aylıq nominal əməkhaqqı davamlı olaraq azalır.
Orta aylıq əməkhaqqı 2020-ci il və 2021-ci ilin ilk 2 ayı ərzində belə olub:
Yanvar 2020 – 957,5 manat
Yanvar-Fevral 2020 – 958 manat
Yanvar-Mart 2020 – 1022,9 manat
Yanvar-Aprel 2020 – 1004,1 manat
Yanvar-May 2020 – 984 manat
Yanvar-İyun 2020 –959,8 manat
Yanvar-İyul 2020 – 948,5 manat
Yanvar-Avqust 2020 – 938,4 manat
Yanvar-Oktyabr 2020– 926,7 manat
Yanvar-Noyabr 2020 – 924,4 manat
Yanvar-Dekabr 2020 – 927,2 manat
Yanvar 2021 – 901 manat
Yanvar-Fevral 2021 – 899,7 manat