TƏBİB-dən 20-ə yaxın səhiyyə işçisinin işdən çıxarılması məsələsi ilə bağlı AÇIQLAMA


"Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB-in yayadığı məlumatda deyilir. Qeyd olunub ki, digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir:
"Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər".

DİGƏR XƏBƏRLƏR

Top