Bu tələbələrin təhsil haqqı üçün dövlət tərəfindən 14 milyon ödəniləcək - RƏSMİ


"Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib. 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib".
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı təhsil naziri Emin Əmrullayev özünün feysbuk səhifəsində paylaşıb. O qeyd edib ki, 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb: "Qərarda edilən yeni dəyişikliyə görə 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur".

DİGƏR XƏBƏRLƏR

Top