
Bu ilin əvvəlindən ötən 4 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,8 milyon dollar azalaraq may ayının əvvəlində 6 milyard 367,6 milyon dollara düşüb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində isə valyuta ehtiyatları 34,1 milyon dollar azalıb.
Qeyd edək ki, 2020-ci ilin may ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 401,7 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə - 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan - avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib - 1 milyard 238 milyon dollar.
Son 15 ildə Mərkəzi Bankın valyuta ehtiyatları: |
|
TARİX | VALYUTA EHTİYATLARI |
31.12.2006 | 1 967,3 mln. $ |
30.11.2007 | 3 370,4 mln. $ |
30.12.2008 | 6 137,0 mln. $ |
29.12.2009 | 5 161,7 mln. $ |
30.12.2010 | 6 407,6 mln. $ |
30.12.2011 | 10 481,5 mln. $ |
31.12.2012 | 11 694,8 mln. $ |
30.12.2013 | 14 152,0 mln. $ |
31.12.2014 | 13 758,3 mln. $ |
30.12.2015 | 5 016,7 mln. $ |
30.12.2016 | 3 974,4 mln. $ |
29.12.2017 | 5 334,6 mln. $ |
29.12.2018 | 5 625,7 mln. $ |
30.12.2019 | 6 258,0 mln. $ |
30.12.2020 | 6 369,4 mln. $ |
31.04.2021 | 6 367,6 mln. $ |