“AstraZeneca”dan daha bir ölüm halı qeydə alındı


İngiltərə-İsveç şirkətlərinin ortaq istehsalı olan “AstraZeneca” peyvəndindən daha bir ölüm halı qeydə alınıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, hadisə Kanadanın Alberta əyalətində olub. 54 yaşlı qadın peyvənd olunduqdan sonra 27 apreldə qan laxtalanması səbəbi ilə həyatını itirib.
Xatırladaq ki, dünyanın bir çox ölkəsi qanda laxtalanmaya səbəb olduğu üçün “AstraZeneca” vaksinindən istifadəni dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top