Yağış suları Gəncə sakinlərinin evinə dolur – RƏSMİ AÇIQLAMA + VİDEO


Gəncə şəhər Məhsəti qəsəbəsin də yağış sularının yollarda iri gölməçələr yaratması və həyətlərə axması barədə xəbər vermişdik.
Sözügedən qəsəbənin sakinləri bir daha Yeniavaz.com-a müraciət ediblər və eyni hal davam etdiyi halda Gəncə Şəhər İcra Hakimiyyətinin heç bir reaksiya vermədiyini bildiriblər:
“Dəfələrlə aidiyyatı qurumlara bu haqda məlumat vermişik. Heç kim gəlib maraqlanmır. İcra başçısının tapşırığı ilə burada kanalizasiya xətti çəkilmişdi, gəlib bağladılar. Yağış yağanda yollar tamamilə su ilə dolur. Yağış suları həyətlərə, hətta evlərə dolur. Aidiyyatı qurumlar isə bu vəziyyətə məhəl qoymurlar. Dərdimizi kimə deyək?”.
Məhsəti qəsəbəsi sakinlərinin redaksiyamıza göndərdiyi yağış sularının həyətlərə dolmasını əks etdirən kadrları təqdim edirik:

Məsələ ilə bağlı Məhsəti qəsəbəsinin icra nümayəndəsi Yeniavaz.com-a bildiridi ki, hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yağış sularının çəkilməsi istiqamətində sözügedən ərazidə iş aparırlar: “Sakinlərin bəhs etdiyi boru da artıq açılıb. Hal-hazırda suların axıdılması üçün iş gedir”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top