“Space” TV-nin yeni rəhbəri Ülviyyə Mikayılova kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Ülviyyə Mikayılovanın “Space” teleradio şirkətinə yeni rəhbər təyin olunnası ilə bağlı xəbərlər yayılıb.
Yeniavaz.com xəbər verir ki, fəlsəfə doktoru olan Ülviyyə Mikayılova 1959-cu ildə anadan olub.
Ülviyyə Mikayılova fizika və fizikanın tədrisi üzrə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. Təhsildə liderlik və menecment üzrə İngiltərənin Mançester Universitetindən magistr dərəcəsinə, biologiya üzrə Tbilisi Dövlət Universitetindən fəlsəfə elmləri namizədi dərəcəsinə malikdir. O, təhsildə innovasiyaların tətbiqi sahəsində 1998-2015-ci illərdə fəaliyyət göstərir. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunda (SOROS Fondu) Addım-Addım Erkən Yaş Dövrünün proqramına rəhbərlik edib. 2004-cü ildən 2015-ci ilədək “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin direktoru vəzifəsində çalışıb.  Ülviyyə Mikayılova 2002-2005-ci illərdə Beynəlxalq Addım-Addım Assosiasiyasının İdarə Heyyətinin üzvü, 2006-cı ildə həmin Assosiasiyasının vitse-prezidenti və 2012-ci ildən isə Proqram Komitəsinin üzvü olub. Eyni zamanda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü olub. Ülviyyə Mikayılova 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xarici ölkələrdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə xidmət gtöstərib. mişdir. 2009-cu ildə Ülviyyə Mikayılova təhsildə göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi tərəfindən “Təhsil Əlaçısı” medalı ilə təltif edilib. Hazırda ADA Universitetinin baş müəllimidir.

DİGƏR XƏBƏRLƏR

Top