Güclü yağış Mingəçevirdə fəsad törətdi - FOTO


Gecədən yağan güclü yağış Mingəçevirdə fəsadlar törədib.

Yeniavaz.com xəbər verir ki, şəhərin Energetiklər qəsəbəsinin Bozdağ və Kənar küçələrində sakinlərin həyətlərinə sel suları dolub. Sakinlər bildirib ki, həmin küçəndən axan kiçik kanal qamış və zibillə dolduğundan oradan daşan sel suları yaxınlıqdakı evlərə, həyətlərə dolub. Çətin vəziyyətdə qalan sakinlər adiyyatı qurumları məlumatlandırblar.
Energetiklər qəsəbəsində yaşayan sakinlər bildiri ki, yaz yağışları başlayan kimi burada belə vəziyyət yaranır. Küçə sakini Nürəddin Rzayevə məxsus həyətə dolan sel suları onun tikinti materyallarını da sıradan çıxarıb.
Mövcud vəziyyətlə bağlı sakinlər adiyyatı qurumlara məlumat veriblər. Onlar bildirir ki, illərdir bu ünvanda yağış, sel suları belə vəziyyət yaradır. Onlar həmin kanalın istiqamətinin dəyişdirilməsini vacib hesab edirlər.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top