
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Global Statıonery Offıce” MMC olub.
DİM “Global Statıonery Offıce” MMC-dən ümumi dəyəri 79 min 48 mamat 20 qəpik olan 3 min 300 ədəd divar saatı alacaq.
Məlumatda qeyd olunur ki, divar saatının diametri 30 sm olacaq. Ağ fonda olacaq 1-dən 12-yə qədər böyük ərəb rəqəmləri qara rəngdə olmalıdır. Saatın əqrəbləri də qara rəngdə olacaq və DİM-in loqosu saatın görünən yerinə həkk olunacaq.
Onu da bildirək ki, 10 manat nizamnamə kapitalı olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 15, mənzil 24-dür. MMC-nin qanuni nümayəndəsi isə Cavadov Mayıl Pərviz oğludur. Təxminən bir il əvvəl dövlət qeydiyyatına alınmasına baxmayaraq “Global Statıonery Offıce” MMC onlarla tender müsabiqəsinin qalibi olmağı bacarıb.
A. Cəfərov