ABŞ prezidenti Co Bayden iyun ayında Rusiya prezidenti Vladimir Putinlə görüşmək ümidində olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri xəbər verib. Məlumatda deyilir ki, iki ölkə lidernin görüşməsi üçün ölkələrarası danışıqlar gedir.
Qeyd edək ki, Bayden Avropaya səfər edəcək. O, səfər çərçivəsində İngiltərənin Kornuel şəhərində 11-13 iyun tarixlərində G-7 ölkələrinin zirvəsində iştirak edəcək, bundan sonra isə Belçikanın paytaxtı Brüsselə gedəcək. 14 iyunda burada Avropa İttifaqının liderləri ilə NATO zirvəsində müzakirələr aparacaq.