İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğluna qarşı araşdırma başladılıb.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, araşdırmaya səbəb İmamoğlunun ötən il İstanbulun fəthinin 567-ci ildönümü günü Fatih Sultan Mehmet türbəsini ziyarət edərkən əllərini arxada bağlayaraq gəzməsi olub.
Türkiyə Daxili İşlər Nazirliyi prosesin İstanbul Baş Prokurorluğunun istəyi ilə başladılan ilkin araşdırma olduğunu qeyd edib. Baş Prokurorluq isə “nazirlikdən istintaq icazəsi verilərsə, lazımi qiymətləndirmələr aparılacaq”deyə bildirib.
Qeyd edək ki, Tükiyə Daxili İşlər Nazirliyi tərəfindən 28 aprel 2021-ci ildə Əkrəm İmamoğluna məktub göndərilib və onun ötən il türbədəki hərəkəti hörmətsizlik kimi qiymətləndirilib. Bu səbəbdən də ona qarşı araşdırma başladıldığı bildirilib.