Marketdə məhsulları əzib videoya çəkən şəxs generalın oğludur? – VİDEO


Məlumat verdiyimiz kimi, DİN əməkdaşları marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxsləri saxlayıblar.
Yeniavaz.com
xəbər verir ki, musavat.com saxlanılan şəxslərdən Rüstəm Orucovun general-mayor Novruzəli Orucovun oğlu olması barədə məlumat yayıb.
Qeyd edək ki, Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top