Fikrət Qoca ilə vida mərasimi olmayacaq - YENİLƏNİB

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca bu gün saat 16:00-da Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, pandemiya şəraitinə görə Xalq şairi ilə vida mərasimi keçirilməyəcək.

***10:36
Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya AYB-nin sədri, Xalq yazıçısı Anar məlumat verib.

O, Fikrət Qocanın birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirib: “Dəfnin saatı ilə bağlı ailəsi ilə danışandan sonra deyə biləcəm”.

DİGƏR XƏBƏRLƏR

Top