Kolumbiyada etirazlar gücləndi, prezident danışıqlar təklif etdi


Kolumbiya prezidenti İvan Duque ölkədə bir neçə gündür davam edən aksiya səbəbilə etirazçılara danışıqlar təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiyanın prezident administrasiyasının “twitter” hesabında məlumat verilib: “Prezident həmişə dialoqa açıq olduğunu vurğulayıb. Şəhər merləri və qubernatorlarla birlikdə gənclərimizi dinləmək və onlarla işləmək üçün yer hazırlayacağıq”.
Qeyd edək ki, Kolumbiyada vergi islahatlarına qarşı nümayişlər ötən həftədən bəri davam edir. Bogota, Cali, Medellin və digər şəhərlərdə qiyamlar baş verib. Aksiya nəticəsində ən azı 19 nəfər ölüb, 840-dan çox insan isə yaralanıb. 

DİGƏR XƏBƏRLƏR

Top