Meksikada matəm elan olundu


Meksikada metro körpüsünün çökməsilə baş verən fəlakətlə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin rəsmi qəzeti “Diario Oficial de la Federacion” məlumat yayıb. Matəm Meksika prezidenti Andres Manuel Lopez Obradorun müvafiq fərmanına əsasən həyata keçirilib.  
Qeyd edək ki, hadisə Mexiko şəhərinin cənubunda yerləşən Olivos stansiyası yaxınlığında yerüstü körpünün çökməsi nəticəsində baş verib. Rəsmi məlumata görə faciə nəticəsində 25 nəfər ölüb, ən 80 nəfər isə xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top