ABŞ Qətərə daha iki “B-52H” bombardmançı təyyarə gətirdi


“ABŞ Hərbi Hava Qüvvələrinin daha iki “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi Qətərə gəldi”.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı məlumat verib. Bildirilib ki, təyyarələr ABŞ qüvvələri Əfqanıstandan çəkilərkən təhlükəsizliyi təmin edəcək: "Bu bombardmançı təyyarələr, ABŞ və koalisiya qüvvələrinin Əfqanıstandan nizamlı şəkildə geri çəkilməsini təmin etmək üçün apreldə “Əl Udeid” bazasına göndərilən digər dörd “B-52”yə qoşulacaq".
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarının may ayından etibarən Əfqanıstandan çəkilməyə başlayacağını və 11 sentyabr 2021-ci ilədək bu prosesin tamamlanacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top