
Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının 25 aprel 2021-ci il tarixli qərarı ilə nazirlikdə Təşkilat-nəzarət idarəsi adlı yeni struktur bölməsi qurulub.
Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
XİN rəsmisi qeyd edib ki, hazırda bu struktur bölməsinin tərkibinin komplektləşdirilməsi gedir.
***17:07
Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi edilib.
Yeniavaz.com xəbər verir ki, XİN-in strukturuna daxil olan idarələrin sayı artırlıb.
XİN-də yeni Təşkilat-nəzarət idarəsi yaradılıb.
Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.
Onlar aşağıdakılardır:
- Amerika idarəsi;
- Asiya İdarəsi
- UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi
- Ümumi Katiblik
- Linqvistik təminat idarəsi;
- Arxiv İdarəsi;
- İşlər İdarəsi;
- Xüsusi şöbə.