Qırğızıstan-Tacikistan sərhədində son vəziyyət


“Silahlı qarşıdurmanın baş verdiyi Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitləşib”.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bunu Bişkekdəki brifinqdə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin informasiya və analitik şöbəsinin müdiri Mirzamir Sıdıkov deyib. O bildirib ki, vəziyyət artıq normallaşıb və bölgədə partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesi gedir.
Xatırladaq ki, 29 aprel tarixində Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərginləmişdi. Qarşıdurma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olmuşdu.
 

DİGƏR XƏBƏRLƏR

Top