"Bakı Metropoliteni" bu şəxsdən bir litri 2,3 manatdan 42 ton süd alır


"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Esmira Hadı qızı (VÖEN- 1304705732) olub.
Həsənova Esmira Hadı qızı “Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün 95 min 882 manat 67 qəpik dəyərində yağlılıq dərəcəsi 3,2%-dən az olmayan, pasterizə edilən 41 min 670 litr süd satacaq. Rəqəmlərdən də göründüyü kimi “Bakı Metropoliteni” QSC südün 1 litrini Həsənova Esmira Hadı qızından 2 manat 30 qəpiyə alacaq.
Onu da bildirək ki, ölkənin aparıcı süd istehsalçıları tərəfindən istehsal olunan (yağlılıq dərəcəsi 3,2% olan və pasterizə edilən) südün bir litri pərakəndə ticarət şəbəkələrində 2-2,15 manata satılır.
Həmçinin onu da qeyd edək ki, “Bakı Metropoliteni” QSC-yə 41 min 670 litr süd satacaq fərdi sahibkar Həsənova Esmira Hadı qızı barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Eyni ad, soyad və ata adına yalnız “DOST İş Mərkəzi” ilə əmək müqaviləsi bağlayan Yasamal rayonu üzrə ictimai işçilərin siyahısında rast gəlmək olur.

DİGƏR XƏBƏRLƏR

Top