
Moskvanın “Qaqarinski” məhkəməsi Ukrayna vətəndaşı Sergey Liventsovu MiQ-29 qırıcılarının ehtiyat hissələrinin qaçaqmalçılığı ilə məşğul olduğuna görə həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, Sergey Liventsov üç il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl daha bir Ukrayna vətəndaşı S-300 zenit raket kompleksinin ehtiyat hissələrini Ukraynaya qanunsuz yollarla keçirməyə cəhd etdiyinə görə 10 il müddətinə həbs edilmişdi.