Fuad Abbasovun bu çıxışı Ermənistanda səs-küyə səbəb oldu – "İki qrad buraxın…" – VİDEO


Müstəqil jurnalist Fuad Abbasovun sonuncu çıxışı çox sayda erməninin reaksiyasına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Fuad Abbasov öz “youtube” kanalında yayımladığı verilişində Xankəndi və ətrafında parad keçirməyə hazırlaşan Rusiya sülhməramlılarını sərt tənqid edib. “Necə olur-olsun Moskvaya Azərbaycan torpaqlarında parad keçirməyi qadağan etmək lazımdır” - deyən Fuad Abbasov planlaşdırılan paradın terror aktı olduğunu düşündüyünü vurğulayıb:
“Rəsmi Bakı ilə razılaşdırılmadan keçirilən bu paradı dayandırmaq lazımdır. Gərək iki qrad atılsın ora ki, gələn dəfə belə bir halı təkrarlamasınlar”. 
Fuad Abbasovun bu verilişi ermənilər arasında gündəm mövzusuna çevrilib. Bir çox erməni mətbuatı həmin videonu hissə-hissə paylaşaraq Fuad Abbasovun Rusiyaya nifrətlə yanaşdığına diqqət çəkiblər.

DİGƏR XƏBƏRLƏR

Top