Kimlərə vaksinin ikinci dozası vurulmamalıdır? – Həkim AÇIQLADI


“Vaksinasiya edilən xəstəxanalar hər bir avadanlıqla təchiz olunmalıdır. Çünki hər hansı bir reaksiya zamanı pasientlərə erkən müdaxiləyə ehtiyac ola bilər”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ARB-24-də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayeva bildirib.
Həkim qeyd edib ki, vaksin olunduqdan sonra hər bir xəstə 30 dəqiqə xəstəxanada gözləməlidir: "Bundan sonra vaksin vurulan şəxslər evə buraxılmalıdır. Fərqi yoxdur hansı vaksindir, əgər birinci dozada hər hansı allergik reaksiya, daha çox halsızlıq müşahidə olunarsa, ikinci dozanı vurdurmağa ehtiyac yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top