Prokurorluq başına daş parçası düşən yeniyətmə ilə bağlı araşdırma aparır


Aprelin 30-da Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top