İsveçrənin İrandakı səfirliyinin 51 yaşlı əməkdaşı hündürmərtəbəli binanın damından yıxılaraq ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İran Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, bunun qəza və ya intihar olduğu hələ məlum deyil. İsveçrəli qadının cəsədinin məhkəmə ekspertlərinə təhvil verildiyini bildirilib.
"Sky News Arabia” telekanalının verdiyi məlumata görə, mərhum İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb. Diplomat ABŞ-ın İrandakı maraqlarının təmsil olunması ilə bağlı məsələlərdən məsul idi.
Qeyd edək ki rəsmi Tehran, Vaşinqtonla diplomatik əlaqələrini kəsdikdən sonra İsveçrə ABŞ-ın İrandakı maraqlarını təmsil etməyə başlamışdı.